AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1440 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3874 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
İşçi qrupunun nümayəndə heyətinin 23 dekabr 2016-cı il tarixində Ankara şəhərində fəaliyyət göstərən Tələt Paşa Komitəsinin rəhbərliyi ilə görüşü.   

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası qarşısında Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri barədə məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlı müəyyən etdiyi vəzifələrin icrası ilə bağlı və Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində aparılan işlərdə müdafiə taktikasından hücum taktikasına keçilməsinə dair verdiyi müvafiq tapşırığa uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə Türkiyə Respublikasında fəaliyyət göstərən Tələt Paşa Komitəsi ilə əlaqələr yaradılmışdır. Bununla bağlı Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün 2016-cı ilin dekabr ayında İşçi qrupunun əməkdaşları Türkiyə Respublikasına ezam olunmuşlar.
Nümayəndə heyəti 23 dekabr 2016-cı il tarixində Tələt Paşa Komitəsinin rəhbəri, istefada olan general-leytenant cənab Ali Erdinç tərəfindən Ankara şəhərində qəbul edilmişdir. Görüşdə eyni zamanda, Komitənin fəalları - ictimaiyyətlə əlaqələrə cavabdeh istefada olan genaral-leytenant Naci Beştəpə, istefada olan polkovnik doktor Ömer Lütfi Taşcıoğlu, tanınmış vəkil Erdem Akyüz, yazıçı-publisist Fatma Sarıkaya kimi Türkiyənin elmi-mədəni və ictimai-siyasi həyatının nüfuzlu şəxsləri iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətini salamlayan cənab Ali Erdinçin təklifi ilə öncə Türkiyənin və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o, rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, əsas prinsipləri, həyata keçirdikləri və planlaşdırdıqları işlər barədə məlumat verdi. Təşkilatın sədri bildirdi ki, BMT-nin rəsmi üzvü olan 198 ölkədən iyirmi beşi saxta erməni soyqırımını tanımışdır. 1915-ci ildə türklərin ermənilərə qarşı soyqırımı həyata keçirdiyini iddia edən ermənilər bu iddialarını dünya ölkələrində tanıtmaqla, nəticədə Türkiyəyə qarşı beynəlxalq siyasi və hüquqi təzyiqə nail olmağa çalışırlar. Əslində birinci dünya və Qarabağ müharibələri ərzində ermənilərin türklərə qarşı soyqırım törətdiklərini xatırladan A.Erdinç hər iki ölkənin müvafiq dövlət və qeyri hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, əlaqəli və planlı şəkildə çalışmasının zəruriliyini vurğuladı.
Sonra o, saxta erməni iddialarına qarşı birgə mübarizənin əsas istiqamətlərinə dair fikirlərini diqqətə çatdırdı.
Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov dəvətə və isti münasibətə görə Ali Erdinç başda olmaqla bütün görüş iştirakçılarına minnətdarlığını bildirdi. E.Səmədov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun fəaliyyəti barədə qısa məlumat verdi və Komissiya tərəfindən müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat nümunələrini Komitə sədrinə təqdim etdi.
Birgə fəaliyyətin əsas istiqamətləri ilə bağlı səsləndirilən fikirləri razılıqla qarşılayan E.Səmədov, səylərin gücləndirilməsinin və səfərbər edilməsinin, beynəlxalq fəaliyyətlərinin koordinasiya edilməsinin vacibliyini qeyd etdi. O, tarixən ermənilərin türklərə qarşı törətdiyi cinayət əməllərinin və soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması, saxta ərazi və soyqırım iddialarının ifşa edilməsi sahəsində aparılan işlərdə Tələt Paşa Komitəsi ilə birlikdə fəaliyyət göstəriləcəyini söylədi. Birgə fəaliyyət planlarının və istiqamətlərinin tam təsbit edilməsi, o cümlədən, Azərbaycandakı elmi dairələr və aidiyyəti QHT-lərlə əməkdaşlığın qurulması məqsədi ilə Komitə rəhbərliyi Bakıya dəvət edildi.
Faydalı və səmimi keçən görüşün sonunda tərəflər arasında dostluq, qardaşlıq və birgə fəaliyyət haqqında bəyannamə imzalandı.

2 yanvar 2017-ci il

                            
   

 

   
   

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA