Dövlət Komissiyası
Əsir, girov və itkin düşmüşlər
Erməni vəhşilikləri
İşğal
Soyqırım
Erməni terrorizmi
Foto
Video
Hüquqi sənədlər
Nəşrlər
Bizimlə əlaqə
© 2004—2005 human.gov.az
MEQA şirkətinin istehsalı
  eng   aze   rus
 
                         ...Axtar
24 Fevral 2010-cu il    
Day.Az saytının 23 fevral 2010-cu il tarixli buraxılışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqova istinadən verilmiş məlumatda Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin sayı səhvən 4133 nəfər kimi göstərilmişdir. Halbu ki, 4133 rəqəmi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış vətəndaşların ümumi sayını əks etdirir.

Məlumat üçün bildiririk ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş şəxslərlə, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatların, xüsusən də rəqəmlərin səhv verilməsi bu sahədə ictimai rəyin çaşdırılmasına, beynəlxalq təşkilatlarla Dövlət Komissiyasının birgə fəaliyyətinə mənfi təsir göstərə bilər. Bütün bunların olmaması üçün problemlə bağlı verilən məlumatlara son dərəcə diqqətli yanaşılmalı, bu saəhənin həssaslığı dərindən dərk edilməlidir. İnformasiyanın hazırlanmasına və yayılmasına bir başa məsuliyyət daşıyan jurnalistlər isə daha diqqətli olmalıdır. Bu problemlə bağlı məlumatı yayarkən şübhə doğuran hər hansı məqam Dövlət Komissiyasının İşçi qrupu ilə dəqiqləşdirilə və ya Dövlət Komissiyasının rəsmi saytına müraciət oluna bilər.

24 fevral 2010-cu il.
Xəbərlər arxivinə keç