Dövlət Komissiyası
Əsir, girov və itkin düşmüşlər
Erməni vəhşilikləri
İşğal
Soyqırım
Erməni terrorizmi
Foto
Video
Hüquqi sənədlər
Nəşrlər
Bizimlə əlaqə
© 2004—2005 human.gov.az
MEQA şirkətinin istehsalı
  eng   aze   rus
 
                         ...Axtar
Erməni əsirliyindəki vəhşiliklər
24 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndində erməni «həkimləri» tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
31 mart 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın girovluqda dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni «həkimi» Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Ömürlük şikəst olmuş A.Hacıyev 2003-cü ilin may ayında vəfat etmişdir.
21 oktyabr 1992-ci ildə ermənilər tərəfindən əsir götürülmüş Mayıl Məmmədov. Sinəsi qızdırılmış xaçla damğalanmışdır.
26 dekabr 1992-ci ildə yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məmmədov müxtəlif işgəncələrə məruz qalmış-rezin dəyənəklə döyülmüş,damarına benzin yeridilmiş, üstünə təlim görmüş it buraxılmışdır.
Bir ildən artıq ac saxlanılan əsir İlham Nəsirov 23 noyabr 1993-cü ildə Yerevan hərbi qospitalında kəskin kaxeksiya (acından ölmə) diaqnozundan vəfat etmişdir.
Fikrət Hüseynov.1993-cü ildə  əsirlikdə işgəncələrlə qətlə yetirilmişdir.
Ənvər Cəfərov. 1994-cü ildə əsirlikdə qətlə yetirilmişdir.
Gülşad Məmmədov. 1994-cü ildə əsirlikdə başından güllələnərək qətlə yetirilmişdir.
Rüstəm Ağayev. 1994-cü ildə əsirlikdə başından güllələnərək qətlə yetirilmişdir.
Erməni əsirliyində ölmüş Fərhad Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
Erməni terroru
Xocalı
Qaçqınlar