Dövlət Komissiyası
Əsir, girov və itkin düşmüşlər
Erməni vəhşilikləri
İşğal
Soyqırım
Erməni terrorizmi
Foto
Video
Hüquqi sənədlər
Nəşrlər
Bizimlə əlaqə
© 2004—2005 human.gov.az
MEQA şirkətinin istehsalı
  eng   aze   rus
 
                         ...Axtar
Xəbərlər arxivi   
25 iyun 2010    
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təəsüflə kütləvi informasiya vasitələrinin diqqətinə bir daha çatdırmaq istəyir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar mətbuata verilən məlumatlarda qeyri-dəqiqliyə yol verilməsi halları davam etməkdədir.
      ...Ətraflı
07 aprel 2010    
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüş Həsənov Rafiq Rəhman oğlu 7 aprel 2010-cu il tarixdə Azərbaycan tərəfinə təhvil verilmişdir.
      ...Ətraflı
06 aprel 2010    
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində 2 və 3 mart 2010-cu il tarixdə Ermənistan Respublikası hərbçiləri tərəfindən qətlə yetirilmiş Qazax rayon sakinləri - 1982-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu və 1983-cü il təvəllüdlü Namazov Sakit Şərif oğlunun meyitləri 3 aprel 2010-cu il tarixdə, saat 12:40 radələrində Azərbaycan tərəfinə təhvil verilmişdir.
      ...Ətraflı
24 fevral 2010    
Day.Az saytının 23 fevral 2010-cu il tarixli buraxılışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqova istinadən verilmiş məlumatda Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin sayı səhvən 4133 nəfər kimi göstərilmişdir. Halbu ki, 4133 rəqəmi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış vətəndaşların ümumi sayını əks etdirir.
      ...Ətraflı
13 yanvar 2010    
2009-cu il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmiş və aşağıdakı nəticələr əldə olunmuşdur.
      ...Ətraflı
07 yanvar 2010    
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, 28 dekabr 2009-cu il tarixdə itkin düşdüyü bildirilən Tovuz rayonunun Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu elə həmin gün naməlum şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüşdür. Hazırda o, Ermənistan ərazisində saxlanılır.
      ...Ətraflı
20 avqust 2009    
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasında toplanmış materialların təhlili zamanı 1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumatlar aşkarlanmışdır.
      ...Ətraflı
19 avqust 2009    
Son vaxtlar mətbuatda əsir-girov və itkin düşmüş şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması, bu problemi dərindən bilməyən «ekspertlərin» əsassız fikirlər söyləyərək ictimai rəyi çaşdırması halları yenə də intensiv xarakter almışdır. Bunlar Dövlət Komissiyasını narahat etsə də uzun müddət reaksiya verməməyə çalışdıq.
      ...Ətraflı
06 iyul 2009    
2009-cu ilin birinci yarım ili ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmiş və aşağıdakı nəticələr əldə olunmuşdur.
      ...Ətraflı
01 iyun 2009    
31 may 2009-cu il tarixdə, saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri – 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç Azərbaycan tərəfinə keçmişlər.
      ...Ətraflı
1   2   3   4   5   6   7   >>